25 Sentyabr 2020 11:47
637
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Qarabağ"ın UEFA Avropa Liqasının pley-off mərhələsində Polşada "Legiya" ilə keçirəcəyi matçın saatı bəlli olub.

Teleqraf.com-un məlumatına görə, oktyabrın 1-də oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

Görüş "Voyska Polskoqo" stadionunda təşkil olunacaq.

Artıq matçın hakimləri də bəllidir. Qarşılaşma Almaniyadan olan hakimlər briqadasına tapşırılıb. Baş hakim Tobias Stielerə yan xətt hakimləri Kristian Qittelmann və Rafael Foltin köməklik edəcək.

Dördüncü hakim funksiyasını Daniel Şlager yerinə yetirəcək.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər