26 Noyabr 2020 00:37
492
12 Punto 14 Punto 16 Punto 18 Punto

Matç "Sivasspor"un 3:2 hesablı qələbəsi ilə başa çatıb.

***

UEFA Avropa Liqasının qrup mərhələsinin IV turunun "Qarabağ" - "Sivasspor" oyununda növbəti qol vurulub.

Teleqraf.com-un məlumatına görə, Uroş Matiç 51-ci dəqiqədə fərqlənməklə Azərbaycan çempionunu yenidən hesabda önə keçirib.

22:54

UEFA Avropa Liqasının qrup mərhələsinin IV turunun "Qarabağ" - "Sivasspor" oyununda birinci hissə başa çatıb.

Teleqraf.com-un məlumatına görə, komandalar fasiləyə 1:1 hesablı heç-heçə ilə yollanıblar.

22:37

"Qarabağ" UEFA Avropa Liqasının I qrupunun IV turunun "Sivasspor"la oyununda hesabı açıb.

Teleqraf.com-un məlumatına görə, Abdullah Zubir 8-ci dəqiqədə komandasını önə çıxarıb.

21:56

UEFA Avropa Liqasının I qrupunun 4-cü turunda Türkiyədə "Qarabağ" və "Sivasspor" komandaları arasında oyun start götürüb.

Teleqraf.com-un məlumatına görə, İstanbuldakı "Başakşehir Fatih Terim" stadionunda oynanılan qarşılaşma Argentina futbolunun əfsanəsi Dieqo Maradonanın ölümü ilə bağlı 1 dəqiqəlik sükutla başlayıb.


Müəllif: Teleqraf.com