Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu “Başakşehir” klubuna təşəkkür edib.
Teleqraf.com xəbər verir ki, bu barədə türkiyəli nazir “Twitter” hesabında yazıb.
Qeyd edək ki, ötən gün Çempionlar Liqasının qrup mərhələsinin son oyununda PSJ ilə qarşılaşan “Başakşehir” komandasının köməkçi məşqçisi Pier Vebo irqçiliyə məruz qalıb. Komanda bu səbəbdən qarşılaşmanın 16-cı dəqiqəsində meydanı tərk edib.