19 Dekabr 2020 08:45
445
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın daha bir sərbəst güləşçisi Fərdi Dünya Kubokunda medal qazanıb.

Teleqraf.com-un məlumatına görə, 65 kq-da Hacı Əliyev 3-cü yer uğrunda görüşdə Fransa təmsilçisi İlman Muxtarovla üz-üzə gəlib.

1/4 finalda keçirdiyi görüşdə qabırğasından ciddi zədə alan güləşçinin bu gün xalçaya çıxması sual altında idi. Ağrılara baxmayaraq, əsl çempionlara xas xarakter göstərən Əliyev rəqibinə 10:4 hesabı ilə qalib gələrək, bürünc medala sahib olub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər