30 Dekabr 2020 00:39
740
12 Punto 14 Punto 16 Punto 18 Punto

Atletiko”nun hücumçusu Dieqo Kosta Madrid təmsilçisindən ayrılıb.

Teleqraf.com xəbər verir ki, bu barədə paytaxt klubunun rəsmi saytı məlumat yayıb.

Xəbərdə 32 yaşlı futbolçunun tələbi nəticəsində tərəflər arasındakı müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verildiyi diqqətə çatdırılıb. Razılığa əsasən, Kosta “Atletiko”nun La Liqa və ya UEFA Çempionlar Liqasındakı rəqiblərindən biri ilə anlaşsa, kluba 15 milyon avro təzminat ödəməli olacaq.

Xatırladaq ki, “Atletiko” Diego Kostanı 2017/18 mövsümünün əvvəlində “Çelsi”dən transfer etmişdi.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər