Bu il müasir pentatlon üzrə dünya çempionatı Belarusda təşkil olunmayacaq.
Teleqraf.com Beynəlxalq Müasir Pentatlon Birliyinin (UIPM) rəsmi saytına istinadən xəbər verir ki, ölkə 7-13 iyunda Minskdə planlaşdırılan yarışı keçirmək hüququndan məhrum edilib.
Müvafiq qərar Belarusdakı siyasi hadisələrlə əlaqədar qəbul olunub. Bildirilib ki, Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya xarakterli yarış eyni tarixdə, amma başqa ölkədə təşkil olunacaq.
Qeyd edək ki, Belarus daha əvvəl büzüstü xokkey üzrə dünya çempionatını keçirmək hüququndan məhrum edilib.