11 Fevral 2021 01:36
760
12 Punto 14 Punto 16 Punto 18 Punto

Champions Chess Tour” çərçivəsində keçirilən “Opera Euro Rapid” turnirində pley-off mərhələsinə yekun vurulub.

Teleqraf.com xəbər verir ki, mükafat fondu 100 min ABŞ dolları olan yarışın beşinci günündə 1/4 final mərhələsinin ikinci matçları keçirilib.

Azərbaycan şahmatçısı Teymur Rəcəbovun Niderland qrossmeysteri Aniş Giri ilə növbəti görüşü baş tutub. İlk qarşılaşmada olduğu kimi, yenə 2:2 hesabı qeydə alınıb.

Hesab bərabər olduğundan şahmatçılar blitsdə zəkalarını yoxlayıblar. 2 oyundan ibarət mübarizədə qrossmeysterimiz üstün olub (1,5:0,5) və növbəti mərhələyə yüksəlib.

Onun yarımfinaldakı rəqibi ABŞ təmsilçisi Uesli So olacaq. Digər 1/2 final görüşündə isə Maqnus Karlsenlə (Norveç) Maksim Vaşye-Laqrav (Fransa) üz-üzə gələcək.

Qeyd edək ki, turnirə fevralın 14-də yekun vurulacaq. Yarımfinal matçları isə fevralın 11-12-də olacaq.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər