Futbol üzrə Azərbaycan Premyer Liqasında XV tura yekub vurulub.
Teleqraf.com xəbər verir ki, turun sonuncu matçında "Zirə" "Sabah"ı qəbul edib.
Qarşılaşma 2:2 hesabı ilə yekunlaşıb. "Sabah"ın heyətində Kevin Kubemba 9-cu dəqiqədə hesabı açıb. 79-cu dəqiqədə Davit Volkov bərabərlik qolunu vurub. Kubemba 82-ci dəqiqədə özünün və komandasının ikinci qoluna imza atıb. 90+3-cü dəqiqədə isə Klesio Bauk növbəti dəfə tarazlığı bərpa edib.
Bu nəticədən sonra "Sabah" 14-cı xalını qazanaraq 6-cı pilləyə yüksəlib. "Zirə" isə 24 xalla 3-cü sırada qərarlaşıb.
Qeyd edək ki, günün ilk qarşılaşmasında "Qəbələ" evdə "Keşlə"ni 2:0 hesabı ilə məğlub edib. XV turun digər oyunlarında "Neftçi" səfərdə "Qarabağ"ı 2:1, "Sumqayıt" isə evdə "Səbail"i 3:0 hesabı ilə üstələyib.