17 Fevral 2021 08:42
534
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Barselona" klubunun futbolçuları Jerar Pike və Antuan Qrizman İspaniyada Fransa PSJ-sinə məğlub olduqları Çempionlar Liqasının 1/8 finalının ilk oyunu zamanı mübahisə ediblər.

Teleqraf.com xəbər verir ki, hər iki oyunçu ikinci hissədə bir-birilərinə narazılıqlarını bildiriblər.

Pike komandasının yalnız topa sahib olmada üstünlük əldə etməsindən şikayətlənib. Qrizman komanda yoldaşını sakitləşdirməyə çalışsa da, ispaniyalı müdafiəçi daha da əsəbiləşib. Pike fransalı oyunçuya komandanın əzab çəkdiyini söyləyib.

Qeyd edək ki, qarşılaşma PSJ-nin 4:1 hesablı qələbəsi ilə yekunlaşıb. Fransadakı cavab oyunu martın 10-da olacaq.


Müəllif: Teleqraf.com