26 Fevral 2021 01:16
643
12 Punto 14 Punto 16 Punto 18 Punto

İngiltərənin "Arsenal" futbol klubu Avropa Liqasının 1/16 finalının cavab oyununda Portuqaliyanın "Benfika" komandasını məğlub edib.

Teleqraf.com-un məlumatına görə, koronavirus infeksiyasının yayılması səbəbindən ölkələr arasında səyahət məhdudiyyətləri səbəbindən matç Yunanıstanın Pirey şəhərində keçirilib. Oyun 3:2 hesabı ilə başa çatıb.

Qaliblərin heyətində qolları Pyer-Emerik Obameyanq (21 və 87-ci dəqiqələr) və Kiran Tirni (67) vurdular. Portuqaliya komandasında Dioqu Qonsalveş (43-cü dəqiqə) və Rafa Silva (61) fərqləniblər.

Matçın nominal ev sahibi "Arsenal" olub. Romada keçirilən birinci oyun 1:1 hesabı ilə başa çatıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər