6 Aprel 2021 01:16
908
12 Punto 14 Punto 16 Punto 18 Punto

FIFA İngiltərə "Vulverhempton"unun futbolçusu Maks Kilmanın Ukrayna yığmasında oynamasına razılıq verməyib.

Teleqraf.com-un məlumatına görə, bu barədə Ukrayna Futbol Federasiyasının sorğusuna cavabda bildirilir. Səbəb kimi 24 yaşlı müdafiəçinin əvvəllər İngiltərənin futzal millisinin heyətində 8 rəsmi matça çıxması göstərilib. Bu isə istedadlı futbolçunun artıq İngiltərə futbol vətəndaşlığını təmin etməsi anlamına gəlir.

Kilman 23 may 1997-ci ildə Londonda rus-ukraynalı ailəsində doğulub. Onun atası Aleks əslən moskvalı, anası Mariya isə kiyevlidir.

Qeyd edək ki, bu mövsüm Maks Kilman "Vulverhempton"un heyətində 17 oyunda 2 məhsuldar ötürmə ilə yadda qalıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər