Böyüklər arasında taekvondo üzrə Avropa çempionatında idmançımız gümüş medal qazanıb.
Teleqraf.com xəbər verir ki, təmsilçimiz Milad Beigi Hərçəqani (80 kq) finalda Rusiya təmsilçisi Maksim Hramtsovla qarşılaşıb. Rəqibinə məğlub olan idmançımız gümüş medalla kifatətlənib.
Bununla da Avropa çempionatında medalların sayı 2-yə çatıb. Qeyd edək ki, bundan əvvəl taekvondoçumuz Minayə Əkbərova (46 kq) bürünc medal qazanıb.
Komandamız turnirdə 11 idmançı ilə təmsil olunur. Yarışa aprelin 11-də yekun vurulacaq.