22 Aprel 2021 20:07
488
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın qadın güləşçisi İrina Netreba Polşanın paytaxtı Varşavadakı Avropa çempionatında yarımfinal görüşünə çıxıb.

Teleqraf.com xəbər verir ki, 65 kq-da mübarizə aparan idmançı ukraynalı Tatyana Rijko ilə qarşılaşıb.

Rəqibinə 1:11 hesabı ilə uduzan Netreba finala çıxmaq şansını əldən verib. O, sabah bürünc medal uğrunda güləşəcək.

53 kq-da Tatyana Varansova da Avropa çempionatında "bürünc" qazana bilər. Onun 1/4 finalda uduzduğu Rusiya təmsilçisi Olqa Xoroşavtsova finala vəsiqə qazandığından, Varansova 3-cü yer uğunda Yuliya Leorda (Moldova) ilə qüvvəsini sınayacaq.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər