İngiltərənin "Mançester Yunayted" futbol klubunun azarkeşləri komandanın sahibləri amerikalı iş adamları Coel və Avram Qleyzersin Super Liqaya qoşulma barədə qərarına etiraz olaraq aksiya keçiriblər.
Teleqraf.com xəbər verir ki, etiraz aksiyası "Mançester Yunayted"in meydanı "Old Trafford"un qarşısında keçirilib.
Azarkeşlər aksiya zamanı klub rəhbərliyinin qərarına etiraz olaraq ABŞ bayrağını yandırıblar. Etirazçılar Qleyzerlər ailəsindən klubdakı hissələri satmağı tələb ediblər.