1 May 2021 00:26
404
12 Punto 14 Punto 16 Punto 18 Punto

İngiltərənin "Tottenhem" klubunun sabiq baş məşqçisi Joze Mourinyo özünə yeni iş yeri tapıb.

Teleqraf.com xəbər verir ki, portuqaliyalı mütəxəssis Britaniyanın "The Sun" nəşri ilə müqavilə bağlayıb.

O, AVRO-2020-nin oyunları zamanı tanınmış nəşrdə köşə yazarı kimi fəaliyyət göstərəcək. Daha əvvəl Mourinyonun "talkSPORT" radiosunda da ekspert qismində iştirak edəcəyi bəlli olub.

Qeyd edək ki, "Tottenhem" Joze Mourinyonu aprelin 19-da istefaya göndərib. O, bu komanda ilə yanaşı, İngiltərədə "Mançester Yunayted", "Çelsi", İspaniyada "Real Madrid", İtaliyada "İnter" və ölkəsində "Portu"nun da baş məşqçisi olub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər