3 May 2021 21:26
594
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Premyer Liqasında 25-ci tura start verilib.

Teleqraf.com xəbər verir ki, turun açılış matçında "Keşlə" və "Neftçi" komandaları üz-üzə gəlib.

Qarşılaşma ağ-qaraların 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. "Neftçi"yə qələbə qazandıran qollardan birinə də yaponiyalı futbolçu Keysuke Honda imza atıb. 34 yaşlı yarımmüdafiəçi 74-cü dəqiqədə fərqlənib. Bu, Hondanın "Neftçi"nin heyətində ilk qoludur.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər