Beynəlxalq Futbol Federasiyaları Birliyi (FİFA) yol verilən yanlışlığa görə üzr istəyib.
Rusiyada keçiriləcək 2018-ci il futbol üzrə dünya çempionatının təqdimat filmində Krımı Rusiya xəritəsində göstərən görüntü əks edilib.
FIFA-dan bildirilib ki, 2018-ci il futbol üzrə dünya çempionatının loqo təqdimatı üçün təşkilat komitəsi yerli reklam agentliyini vəzifələndirib:
"Yerli reklam agentliyi tərəfindən istifadə olunan Rusiya xəritəsi diqqətimizdən qaçıb. Filmdəki həmin hissə videodan çıxarılıb", -deyə FİFA-nın məlumatında bildirilib.
Qeyd edək ki, Krımdakı mövcud vəziyyət futbolla bağlı bir sıra problemlərin yaranmasına gətirib çıxarır. Belə ki, UEFA avqust ayında verdiyi qərara əsasən, Rusiya liqasına daxil olan 3 Krım komandasının matçlarını tanımayacağını bildirmişdi./anspress/