FİFA 10-20 dekabr tarixində Mərakeşdə keçiriləcək FİFA klublar arası dünya çempiontında futbolçuları Ebola virusundan qorumaq üçün tövsiyə xarakterli qərar qəbul edib.
Publika.az xəbər verir ki, FİFA Ebola virusunun geniş yayıldığı ölkələrdə oyunların keçirilməməsini tövsiyə edir.
- Qvineya, Sierra Leone ve Liberyada planlanlaşdırılan maçlara hazırlıqlar tərəfsiz bir ölkədə keçirilsin.
- Ebola əlamətləri olan futbolçular və ya xəstəliyin geniş yayıldığı ölkələrə səfər etmiş futbolçuların və klub üzvlərinin virus daşıyıcısı olub olmadığını müəyyən etmək üçün oyundan qabaq nəzarətə alınsın və analizlər götürülsün.
- Qvineya, Sierra Leone ve Liberya futbolçularının gündəlik bədən hərarətləri ölçülməsi də daxil olmaqla daim nəzarətdə saxlanılsın.
- Ən böyük risk daşıyan 3 ölkədə oynanılacaq qarşılaşmalardan öncə rəqib komandanın futbolçuları Ebolaya qarşı qabaqlayıcı tədbirlər barədə məlumatlandırılsın.
- Ən böyük risk daşıyan 3 ölkədə baş tutacaq qarşılaşmada mübarizə aparacaq komandaların futbolçuları tibbi müayənədən keçirilsin.
- Bütün komandalar ölkələrindəki səlahiyyətli orqanlarla Ebolanın müəyyən olunması və nəzarət altına alınması barəsində əməkdaşlıq etsin.
- Komandalar şübhəli durumlarda FIFA Sağlamlıq Kabinetinə müraciət etsin.