“Neftçi” klubu yetirməsi Fəhmin Muradbəyli ilə müqavilənin müddətini uzadıb.
Teleqraf.com paytaxt təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, anlaşmaya əsasən, yarımmüdafiəçisi 2023-cü il mayın 31-dək "ağ-qaralar"ın formasını geyinəcək.
25 yaşlı futbolçu 2013-2017, 2020-2021-ci illər ərzində “Neftçi”nin heyətində 85 rəsmi oyunda meydana çıxıb, 6 qola imza atıb.
Qeyd edək ki, “Neftçi” bundan əvvəl digər yetirməsi Ömər Buludovla yeni müqavilə bağlayıb.