Bu gün futbol üzrə Avropa çempionatında daha 3 oyun keçiriləcək.
Teleqraf.com-un məlumatına görə, qarşılaşmaların biri D, ikisi isə E qrupunda baş tutacaq.
Günün ilk matçı D qrupunda Şotlandiya və Çexiya yığmaları arasında olacaq. Qlazqodakı "Hampden Park" stadionunda oynanılacaq görüş Bakı vaxtı ilə saat 17:00-da başlayacaq. Qarşılaşmanı almaniyalı Daniel Siebert idarə edəcək.
D qrupunun ilk görüşündə isə İngiltərə Xorvatiyanı minimal hesabla üstələyib - 1:0.
E qrupunda 3 qat Avropa çempionu İspaniya İsveçlə üz-üzə gələcək. AVRO-2020 öncəsi ispanların heyətində Dieqo Lorente və Serxio Busketsin koronavirus testi müsbət çıxıb. Sloveniyalı Slavko Vinçiçin idarə edəcəyi qarşılaşma Sevilya şəhərindəki "Estadio La Cartuja" stadionunda gerçəkləşəcək.
Qrupun digər iddialı komandası Polşa Slovakiyanı sınağa çəkəcək. Rusiyanın Sankt-Peterburq şəhərindəki eyniadlı stadiondakı qarşılaşmanın baş hakimi Rumıniyadan Ovidiu Hateqan olacaq.
Avropa çempionatı
D qrupu, I tur
17:00. Şotlandiya - Çexiya
Baş hakim: Daniel Siebert (Almaniya)
Qlazqo. "Hampden Park" stadionu
E qrupu
20:00. Polşa - Slovakiya
Baş hakim: Ovidiu Hateqan (Rumıniya)
Sankt-Peterburq. "Sankt-Peterburq" stadionu
23:00. İspaniya - İsveç
Baş hakim: Slavko Vinçiç (Sloveniya)
Sevilya. "Estadio La Cartuja" stadionu