21 İyun 00:02

"Red Bull" komandasından niderlandlı pilotu Maks Ferstappen Formula 1 üzrə Fransa Qran Prisinin qalibi olub.

Teleqraf.com xəbər verir ki, Qran Pridə ikinci yeri "Mercedes" komandasının britaniyalı pilotu Lyuis Hemilton başa vurub.

Yarışda üçüncü yeri "Red Bull" komandasının meksikalı pilotu Serxio Peres tutub.


Müəllif: Teleqraf.com