Bakının "Keşlə" futbol klubu heyətini gücləndirməkdə davam edir.
Teleqraf.com kluba istinadla xəbər verir ki, "Keşlə" rəhbərliyi ilə Aldair Sapalo Amaro Neto arasında müqavilə imzalanıb. Portuqaliyalı futbolçu birillik müqaviləyə imza atıb.
Hücumçu mövqeyində oynayan A.Netonun son klubu Şimali Makedoniyanın 1-ci liqasında çıxış edən "Pelister" komandası olub.