FİFA prezidenti Zepp Blatter Sürixdəki universitetlərin birində mühazirə oxuyub.
Bu zaman binanın ətrafına toplaşan bir qrup insan onun istefasını tələb edib.
Publika.az-ın məlumatına görə, əvvəlcə binanın çölündə olan etirazçılar sonra içəriyə daxil olublar. Hadisə yerinə polis cəlb olunub.
İnsidentin qarşısı alınıb.