21 İyul 2021 13:55
593
12 Punto 14 Punto 16 Punto 18 Punto

2032-ci ildə keçiriləcək Yay Olimpiya Oyunlarının məkanı açıqlanıb.

Teleqraf.com Beynəlxalq Olimpiya Komitəsinin rəsmi saytına istinadən xəbər verir ki, olimpiadanın Avstraliyanın Brisben şəhərində keçirilməsi qərara alınıb.

Qeyd edək ki, qarşıdakı Yay Olimpiya Oyunları 23 iyul - 8 avqustda Yaponiyanın paytaxtı Tokioda keçiriləcək. 2024-cü il olimpiadası Fransanın paytaxtı Parisdə, 2028-ci il Oyunları isə ABŞ-ın Los-Anceles şəhərində təşkil olunacaq.


Müəllif: Teleqraf.com