5 Avqust 2021 23:33
2 202
12 Punto 14 Punto 16 Punto 18 Punto

Konfrans Liqasının 3-cü təsnifat mərhələsində bu gün keçirilən AEL (Kipr) - “Qarabağ” oyununda (1:1) xoşagəlməz hadisə yaşanıb.

Teleqraf.com xəbər verir ki, “AEK Arena” toplaşan yerli azarkeşlər oyun boyu “Qarabağ”ın ehtiyat oyunçuları və məşqçilər korpusuna qarşı qeyri-etik şüarlar səsləndiriblər.

90+3-cü dəqiqədə Abdullah Zubirin bərabərlik qolunu vurmasından sonra isə kiprli fanatlardan biri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanova qarşı təxribat xarakterli hərəkətlər edib.

Ağdam klubunun çalışdırıcısı azarkeşin bu davranışından sonra özündən çıxıb. Matçın baş hakimi qarşılaşmanı dayandırıb və komandaları paltardəyişmə otağına göndərib. Oyun bir neçə dəqiqəlik fasilədən sonra bərpa olunub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər