Futbol üzrə Azərbaycan Premyer Liqasında ilk turun daha bir oyunu keçirilib.
Teleqraf.com xəbər verir ki, "Zirə" doğma meydanda "Qarabağ"ı qəbul edib.
Qarşılaşma 1:1 hesabı ilə yekunlaşıb. 18-ci dəqiqədə Ağdam təmsilçisinin heyətində İsmayıl İbrahimli hesabı açıb. İlk hissədə başqa qol vurulmayıb. İkinci yarıda Təmkin Xəlilzadə 50-ci dəqiqədə penaltini dəqiq yerinə yetirməklə tarazlığı bərpa edib.
Qeyd edək ki, tura bu gün keçiriləcək "Neftçi" - "Qəbələ" matçı ilə yekun vurulacaq. İlk oyun günündə "Səbail" səfərdə "Sabah"ı 1:0, "Sumqayıt" isə "Keşlə"ni 2:0 hesabı ilə üstələyib.