Azərbaycan para-jüdoçusu İlham Zəkiyev (+100 kq) Tokio-2020 16-cı Yay Paralimpiya Oyunlarında bürünc medal qazanıb.
Teleqraf.com xəbər verir ki, İlham Zəkiyev ilk çıxışda Cek Xodcsonu (Böyük Britaniya) məğlub edərək dörddəbir finala yüksəldi. Dörddəbir finalda İ.Zəkiyev Van-Qyen Çoiyə (Cənubi Koreya) məğlub olub. Təsəlliverici görüşdə Teodor Subbunu (Yamayka) məğlub edərək para-jüdoçusumuz bürünc medal qazanıb - rəqibi Şirin Şaripov (Özbəkistan) diskvalifikasiya olundu.
Qeyd edək ki, Azərbaycanın hesabında hazırda 12 medal var.