22 Oktyabr 2021 00:38
624
12 Punto 14 Punto 16 Punto 18 Punto

“İki müxtəlif hissə izlədik. Birinci yarıdan sonra hesabı qorumağa çalışdıq. Lakin rəqib öz oyununu göstərərək qələbə qazandı”.

Teleqraf.com xəbər verir ki, bu sözlər “Kayrat”ın baş məşqçisi Kurban Berdıyev Konfrans Liqasının qrup mərhələsinin 3-cü turunda Bakıda “Qarabağ”a uduzduqları oyundan (1:2) sonra mətbuat konfransında deyib.

69 yaşlı mütəxəssis "Qarabağ"ın daha yaxşı oynadığını etiraf edib: “Atmosfer kifayət qədər yaxşı idi. Bizim qrupumuz çox çətindir. Birinci hissədən sonra daha çox səhv etdik. Rəqib qələbəyə layiq idi. Biz isə hesabı qorumağa çalışırdıq. “Qarabağ”ın daha yaxşı oynadığını deyə bilərəm”.

Berdıyev bugünkü oyundan sonra qrupdan çıxmaq şanslarının az olduğunu, ancaq mübarizəni davam etdirəcəklərini bildirib.


Müəllif: Teleqraf.com