28 Oktyabr 2021 08:25
677
12 Punto 14 Punto 16 Punto 18 Punto

Niderlandlı mütəxəssis Ronald Kuman İspaniyanın "Barselona" futbol klubunun baş məşqçisi vəzifəsindən azad olunub.

Teleqraf.com-un məlumatına görə, bu barədə komandanın mətbuat xidməti bildirib.

Bu qərar Kataloniya komandasının İspaniya çempionatında "Rayo Valyekano"ya uduzmasından (0:1) sonra verilib.

R.Kuman "Barselona"nın oyunçuları və heyəti ilə oktyabrın 28-də vidalaşacaq.


Müəllif: Teleqraf.com