13 Noyabr 2021 17:44
929
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Bizim işimizi tək nəticələrlər dəyərləndirmək düzgün olmaz. Bizim əsas məqsədimiz futbol hərəkatının inkişafı ilə bağlı idi. Bunun üçün şərait yaratdıq və gənc oyunçular dəvət etdik. Mənim və bizim ideyalarımız var. Nə istədiklərimizi bilirik. Komandada inkişaf görürəm. Hər rəqib bizdən güclü olsa da, başa-baş oynamışıq. İnkişaf dövründə bizə təcrübə lazımdır".

Teleqraf.com-un məlumatına görə, bu fikirləri Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi Qətər yığmasına qarşı keçirəcəkləri yoldaşlıq oyunundan əvvəl mətbuat konfransında deyib.

65 yaşlı mütəxəssis gənc oyunçularının olduğunu söyləyib: "Lüksemburqla hər iki oyunda qırmızı vərəqə aldıq. Bütün matçlarda son dəqiqəyə kimi oynamışıq. Bütün görüşlərdə vuruşmaq istəyirik. Hər rəqibə çətinlik yarada bilərik. Bu dövrdə 15 oyunçu millidə debüt edib. Bu dövr çətin və risklidir. Nəzərə almaq lazımdır ki, futbolçuların çoxu gəncdir. Qarşıda nəticələr olacaq. Çoxlu çətinliklərlə qarşılaşdıq. Pandemiya və müharibəyə görə ev oyunlarımızı Bakıda keçirə bilmədik. Bəzi məqamlarda vacib oyunçuların çoxunu zədə səbəbindən itirdik".

İtaliyalı baş məşqçi Qətərə qarşı ilk dəqiqələrdən ən yaxşı heyətlə meydana çıxacaqlarını söyləyib: "Bu, mənim son mətbuat konfransım ola bilər. Ona görə bu fikirlərlə mətbuat konfransına başladım. Sabah 20-ci matçımıza çıxacağıq".

Qeyd edək ki, noyabrın 14-də Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan - Qətər matçı saat 21:00-da başlayacaq.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər