Sloveniyanın Çatej şəhərindəki şahmat üzrə Avropa çempinonatında V turun görüşləri keçirilib.
Teleqraf.com-un məlumatına görə, ilk 4 turu 3 qələbə və 1 heç-heçə ilə başa vuran kişilərdən ibarət Azərbaycan komandası Rusiya ilə qarşılaşıb. Görüş 2:2 hesablı heç-heçə ilə yekunlaşıb.
Qadın yığması isə Ukrayna ilə üz-üzə gəlib. Bu görüşdə də eyni hesab qeydə alınıb.
Avropa çempionatı, V tur
Kişilər
Azərbaycan - Rusiya - 2:2
Şəhriyar Məmmədyarov - Aleksandr Qrişuk - 0,5:0,5
Teymur Rəcəbov - Daniil Dubov - 0,5:0,5
Rauf Məmmədov - Kirill Alekseyenko - 0,5:0,5
Qədir Hüseynov - Andrey Yesipenko - 0,5:0,5
Qadınlar
Azərbaycan - Ukrayna - 2:2
Günay Məmmədzadə - Anna Uşenina - 1:0
Gülnar Məmmədova - Yuliya Osmak - 0:1
Xanım Balacayeva - Nataliya Buksa - 1:0
Gövhər Beydullayeva - Nataliya Jukova - 0:1