Azərbaycan millisinin voleybolçusu Yelizaveta Səmədova karyerasını bərpa edib.
Teleqraf.com xəbər verir ki, analıq məzuniyyətindən qayıdan hücumçu Türkiyə çempionatında çıxış edəcək. O, “Bolu Bələdiyyəsispor” klubu ilə anlaşıb. Voleybolçumuzun Superliqa təmsilçisi ilə müqaviləsi mövsümün sonunadək nəzərdə tutulub.
Y.Səmədova Bolu təmsilçisinin heyətində yığmamızın ikinci üzvü olacaq. Onadək Olena Xarçenko da bu klubla müqavilə imzalayıb.
Qeyd edək ki, 13 turdan sonra hesabında 13 xal olan klub 14 komanda arasında 13-cü pillədə qərarlaşıb.