23 Yanvar 2022 21:38
644
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çinin paytaxtı Pekindəki Olimpiya kəndi iştirakçıları qəbul etməyə başlayıb.

Teleqraf.com xəbər verir ki, kəndin rəsmi açılışı yanvarın 27-nə nəzərdə tutulub.

Lakin xarici nümayəndə heyətlərinin üzvləri indidən kənddə yerləşə bilərlər. İdmançıların gəlişi də məhz ayın 27-nə planlaşdırılıb.

Qeyd edək ki, Pekin-2022 Qış Olimpiya Oyunları fevralın 4-20-də keçiriləcək.


Müəllif: Teleqraf.com