22 Noyabr 2014 10:32
983
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mərakeşdə 10-20 dekabr tarixlərində keçiriləcək 2014-cü il futbol üzrə FIFA Dünya Klublar Kuboku öncəsi çempionatın əyləncəli təqdimat videosu yayımlanıb.

Teleqraf.com xəbər verir ki, FİFA-nın rəsmi internet saytında yerləşdirilən materialda futbolçuların meydançadakı hərəkətlərini heyvanların təbiətdəki həyat mübarizəsinə bənzədib.

Videoda futbolçuların və heyvanların mübarizələrindən nümunələr verilib. 11-ci dəfə keçiriləcək Dünya Klublar Kubokuna ev sahibi olan ölkənin çempionu ilə birlikdə altı qitədəki ən böyük klub turniri qalibi olan cəmi yeddi komanda iştirak edəcək. Bundan başqa, Mərakeş üst-üstə ikinci dəfə turnirə ev sahibliyi edəcək.

Samir


Müəllif: