Beynəlxalq Üzgüçülük Federasiyası Rusiya və Belarusla bağlı qərarına dəyişiklik edib.
Teleqraf.com xəbər verir ki, hər 2 ölkənin idmançılarının iyunda Budapeştdə keçiriləcək beynəlxalq çempionatda iştirakı qadağan edilib.
Bir müddət əvvəl Federasiya hər 2 ölkənin idmançılarının çempionatda (18 iyun – 3 iyul) neytral statusda iştirak edə biləcəyini elan etmişdi. Bu gün isə qərar dəyişilib.