30 Mart 2022 11:35
674
12 Punto 14 Punto 16 Punto 18 Punto

UEFA "Şamaxı"nı "Keşlə" klubunun varisi kimi tanıyıb.

Teleqraf.com xəbər verir ki, bu barədə AFFA Lisenziyalaşdırma qrupunun rəhbəri Elçin Məmmədov məlumat verib.

Assosiasiya rəsmisi "Şamaxı"nın loqosunda "2022" yazılmasına da münasibət bildirib.

Məmmədov loqo seçiminin kluba aid olduğunu vurğulayıb: "Loqonun hansı formada olması və orada hansı ilin yazılması onların öz seçimidir. Ola bilsin, 2022 - Şamaxıya köçdükləri ili göstərir. Klub "Keşlə"nin cari mövsüm qazandığı xallarla mübarizəyə davam edəcək. Bu da onların "Keşlə"nin varisi olmasına əsas verir".

Qeyd edək ki, "Keşlə" tezliklə ev oyunlarını Şamaxıda yeni adla keçirəcək.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər