7 May 2014 17:25
904
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Barselona"lı ulduz futbolçu Messinin vergi bəlasından canı qurtarmaq bilmir.

Teleqraf.com xəbər verir ki, İspaniya Maliyyə Nazirliyi argentinalı ulduz haqda yeni araşdırmaya başlayıb. Keçən il həbs cəzası ilə qarşı-qarşıya qaldığı və sonradan razılaşmanın əldə edildiyi vergi borcundan sonra təcrübəli forvard yenidən problemlə üzləşib.

Bu gedişlə Messinin bank hesabındakı pulun miqdarının azalacağı da iddia edilir. Bir ildir hesabları araşdırılan futbolçunun faizi ilə birlikdə 35-41 milyon avro vergi verəcəyi iddia edilir.

Messinin menecerlik işlərindən başqa maliyyə işlərini də idarə edən atası Xorxe Messi keçən ilin avqust ayında 5 milyon avro cərimə ödəmişdi.

Aygün İlqarqızı


Müəllif: