Bu ilin 7-15 may tarixlərində Mərakeş Krallığının Mərakeş şəhərində CSO (Corporate Sport Organization) tərəfindən təşkil olunmuş vəkil və hüquqşünaslar arasında futbol üzrə Dünya çempionatı - Mundiavocat 2022 keçirilib.
Teleqraf.com xəbər verir ki, Vəkillər Kollegiyasının Rəyasət Heyətinin (VK RH) üzvü, "İdmançı vəkillər" fondunun İdarə heyətinin sədri Elçin Usubun rəhbərliyi altında Vəkillər Kollegiyasının yığma komandası bu çempionatda iştirak edib.
Azərbaycan Respublikası Vəkillər Kollegiyasının futbol üzrə yığması 9 komandanın istirak etdiyi 5x5 (mini futbol) turnirində oynayıb. Turnirdə 40 ölkədən 80 vəkil komandası 6 müxtəlif formalarda iştirak edib.
Azərbaycan VK-nın futbol üzrə yığma komandasının ilk oyunu İtalya komandansı ilə olub.
Azərbaycan Vəkillər Kollegiyası 3:3 İtaliya
Azərbaycan VK 7:1 Fransa (Marsel)
Azərbaycan VK 6:1 Fransa (Nitsa)
Azərbaycan VK 19:0 Özbəkistan
Azərbaycan VK 12:2 Avrasiya United (Vəkillər yığması)
Azərbaycan VK 15:0 Danimarka
Azərbaycan VK 9:1 Mərakeş
Azərbaycan VK 1:6 Portuqaliya
Ümimilikdə 8 oyuna 69 qol vuran komanda qapısında 11 top görüb. Keçirdiyi 8 oyun 6 qələbə 1 heç-heçə və 1 məğlubiyyətlə yekunlaşıb. Komandamınızı üzvü Zakir Kəmirov turnirin həm ən yaxşı oyunçusu həm də bombardiri olub.
Azərbaycan VK komandası vəkil və hüquqşünaslar arasında futbol üzrə Dünya Çempionatında 3-cü yeri tutaraq bürünc medal qazanıb.
Turnir keçirlən vaxt Vəkillər Kollegiyası daha bir uğura imza atıb.
Azərbaycan Respublikası Vəkillər Kollegiyası sədri Anar Bağırovun rəhbərlik etdiyi nümayəndə heyyəti mayın 13-də İrlandiyanın paytaxtı Dublin şəhərində keçirilən Avropa Vəkillər Kollegiyaları və Hüquq Cəmiyyətləri Şurasının (CCBE) plenar iclasında iştirak edib.
Azərbaycan Respublikasının Vəkillər Kollegiyası “CCBE” tərəfindən müstəqil peşə birliyi olaraq rəsmən tanınmış və böyük səs çoxluğu ilə təşkilat üzvlərinin sıralarına daxil olub.
Bununlada Azərbaycan vəkilliyi böyük avropa vəkil ailəsinə rəsmən üzv qəbul olunub.