Dünya futbolunun canlı əfsanəsi 74 yaşlı Pele 2015-ci ilin əvvəlində Azərbaycana səfərə gələcək.
Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ-ın nüfuzlu "The Huffington Post" qəzeti məlumat verib.
Hazırda xəstəxanada olan sabiq futbolçu "Twitter" hesabı vasitəsilə onu sevənlərə vəziyyətinin yaxşı olduğunu bildirib. O qeyd edib ki, qarşıdan gələn bayramları ailəsi ilə keçirmək, yeni ilə tam sağlam başlamaq və bir sıra beynəlxalq səfərlərə getməyə hazırlaşır. Azərbaycan ilə yanaşı, Pele Avstraliya, Çin və Nigeriyaya da səfər etməyi planlaşdırır.
Qeyd edək ki, Pele noyabrın 13-də böyrək daşının götürülməsi üçün uğurlu əməliyyat olunub.
Rüstəm