19 İyun 2022 10:10
486
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Kəpəz" baş məşqçisi Yaşar Vahabzadə ilə bağlı qərarını açıqlayıb.

Klubdan Teleqraf.com-a verilən məlumata görə, 62 yaşlı mütəxəssislə ötən mövsümün sonunda başa çatan müqavilənin müddəti yenilənib. Gəncə təmsilçisi ilə 1 illik sözləşmə imzalayan baş məşqçi Premyer Liqada da komandanın sükanı arxasında olacaq.

Qeyd edək ki, Yaşar Vahabzadə I Divizionda son 3 mövsümdə komandaya rəhbərlik edib.


Müəllif: Teleqraf.com