Azərbaycan Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında ilk medalını qazanıb.
Teleqraf.com-un məlumatına görə, Anna Skidan çəkicatma növündə bütün rəqiblərini qabaqlayaraq, fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
30 yaşlı idmançı finalda 70,23 metr nəticə göstərib.