Azərbaycan gimnastı İvan Tixonov V İslam Həmrəyliyi Oyunlarında gümüş medal qazanıb.
Teleqraf.com-un məlumatına görə, İ.Tixonov idman gimnastikası üzrə çoxnövçülük yarışında ikinci olub.
Qeyd edək ki, V İslam Həmrəyliyi Oyunları Türkiyənin Konya şəhərində keçirilir. Yarışlar avqustun 18-dək davam edəcək.
Ümumilikdə İslam Həmrəyliyi Oyunlarında İslam Əməkdaşlıq Təşkilatına üzv olan 56 ölkənin idmançıları iştirak edir.