17 Avqust 2022 08:18
631
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tesla”nın rəhbəri, amerikalı milyarder İlon Mask İngiltərənin ən titullu futbol klublarından birini - "Mançester Yunayted"i satın aldığını açıqlayıb.

Teleqeaf.com xəbər verir ki, o, bu barədə tviter səhifəsində məlumat verib.

"Aydın olmaq üçün: mən Respublikaçılar Partiyasının sol yarısını və Demokratlar Partiyanın sağ yarısını dəstəkləyirəm. Həmçinin, "Mançester Yunayted"i satın alıram, xoş gəlmisiniz", - İlon Mask sosial şəbəkə hesabında yazıb.

O, hələlik müqavilə və futbol klubu ilə bağlı planlar barədə heç bir məlumat verməyib.

“Mançester Yunayted” 1878-ci ildə qurulub. Bu, İngiltərənin titulların sayına görə ən uğurlu klublarından biridir. Əvvəllər “Forbes” bütün aktivləri ilə birlikdə klubun dəyərini 4,6 milyard ABŞ dolları qiymətləndirib.


Müəllif: Teleqraf.com