“Qəbələ” klubunun 19 yaşadək futbolçulardan ibarət komandası UEFA Gənclər Liqasında mübarizəyə başlayıb.
Teleqraf.com xəbər verir ki, komandamız birinci mərhələnin ilk oyununda Xorvatiyada “Hayduk”la üz-üzə gəlib. “Poljud” stadionundakı görüş “Qəbələ”nin 0:3 hesablı məğlubiyyəti ilə başa çatıb.
Qeyd edək ki, komandalar arasında cavab görüşü oktyabrın 4-də Qəbələdə olacaq.