16 Sentyabr 2022 00:22
532
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Yaxşı qələbə oldu. Amma nəzərə almaq lazımdır ki, bu, hələ qrupdakı ikinci oyunumuz idi".

Teleqraf.com-un məlumatına görə, bunu "Qarabağ"ın futbolçusu Filip Ozobiç Bakıda Fransanın "Nant" komandasına 3:0 hesabı ilə qalib gəldikləri UEFA Avropa Liqasının G qrupunun II tur matçından sonra jurnalistlərə açıqlamasında deyib.

Qrupda daha 4 matçın qaldığını xatırladan 31 yaşlı yarımmüdafiəçi bu cür davam etməli olduqlarını bildirib: "Nant" böyük komandadır. Heyətində güclü futbolçular var. Rəqabətli liqada çıxış edirlər. Amma bu gün biz yaxşı futbol sərgilədik və layiqli qələbə qazandıq".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər