26 Sentyabr 2022 08:44
520
12 Punto 14 Punto 16 Punto 18 Punto

Alma-Ata marafonunun 47 yaşlı iştirakçısı Rüstəm Sadıkov finişə çatdıqdan sonra vəfat edib.

Teleqraf.com xəbər verir ki, idmançı 10 kilometr məsafə qaçıb və onu qət etdikdən sonra huşunu itirib.

O, belə yarışlarda dəfələrlə iştirak edib. Marafonun baş həkimi Orazbek Saxovun sözlərinə görə, iştirakçı Respublika meydanındakı finiş xəttini çətinliklə keçərək, bir neçə metr yeridikdən sonra yıxılıb.

İdmançıya 30 dəqiqə ərzində tibbi yardım göstərilsə də, onu xilas etmək mümkün olmayıb.

İdmançının ölüm səbəbi məhkəmə-tibbi ekspertizanın rəyindən sonra açıqlanacaq.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər