23 Oktyabr 2022 18:28
774
12 Punto 14 Punto 16 Punto 18 Punto

UEFA Çempionlar Liqasının əsas mərhələsində iştirak edəcək “Araz-Naxçıvan” sabah səhər saatlarında Bakı-İstanbul-Sarayevo hava reysi ilə oyunların keçiriləcəyi Bosniya və Herseqovinaya yola düşəcək.

Azərbaycan Futzal Federasiyasından Teleqraf.com-a verilən məlumata görə, komanda qrup oyunlarına ev sahibliyi edəcək Mostar şəhərinə paytaxtdan avtobusla hərəkət edəcək.

Baş məşqçi Joze Alesio Da Silva Çempionlar Liqasının oyunlarına 13 futzalçı ilə yollanacaq.
Felipinyo cəzalı olduğuna görə, bu matçlarda “Araz-Naxçıvan”a kömək edə bilməyəcək.

Heyət aşağıdakı kimidir:

Qapıçılar: 12. Mikael Deon, 19. Cavad Məmmədov

Oyunçular: 5. Pedro Torres, 6. Ponçe, 7. Ramiz Çovdarov, 8. David Qustavo, 10. Andreu Varqas, 13. Viktor Hüqo “Vitao”, 14. Xəzər Ağalızadə, 15. Viktor Pires “Vitinyo”, 18. Fərid Ələkbərov, 20. Snesio, 21. Lukas Matheus “Katatau”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər