18 Noyabr 2022 23:22
619
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransanın "Lill" klubunun hücumçusu Timoti Vea ABŞ yığmasının qarşıdan gələn dünya çempionatında çıxış edəcək yekun heyətinə daxil edilib.

Teleqraf.com xəbər verir ki, Timoti Vea müxtəlif vaxtlarda "Pari Sen-Jermen", "Milan" və "Çelsi" klublarında çıxış etmiş "Qızıl top"un sahibi Corc Veanın oğludur. Corc Vea 2018-ci ildə Liberiya prezidenti seçilib.

Timoti Vea ABŞ-da anadan olub. Onun yolu bu ölkənin yeniyetmələr və gənclərdən ibarət komandalarından keçib. Timoti ilk dəfə 2018-ci ildə əsas komandaya çağırılıb.

Qətərdə keçiriləcək dünya çempionatında ABŞ yığması İngiltərə, İran və Uelslə eyni qrupda çıxış edəcək. Turnir noyabrın 20-də start götürəcək.


Müəllif: Mənbə/Publika.az

Oxşar xəbərlər