Qana və Uruqvay milli komandaları Qətərdə keçirilən dünya çempionatı ilə vidalaşıblar.
H qrupunun sonuncu turunda üz-üzə gələn yığmaların duelində Cənubi Amerika təmsilçisi 2:0 hesablı qələbə qazansa da, digər matçda Portuqaliyanın Cənubi Koreyeya uduzması asiyalıların mərhələ adlamasına səbəb olub.
Uruqvay seçməsindən hər iki qolu Corcian de Arraskaeta vurub. O, 26 və 32-ci dəqiqələrdə fərqlənib.
Beləliklə, Portuqaliya 6 xalla qrup lideri olub. Cənubi Koreya 4 xalla 2-ci pilləni tutub. Eyni xala malik Uruqvay seçməsi 3-cü, 3 xalı olan Qana isə sonuncu sırada qərarlaşıb.
***
Qətərdə keçirilən dünya çempionatında Qana və Uruqvay yığmaları arasında H qrupunun III tur oyununda hesab dəyişib.
Cənubi Amerika təmsilçisindən Corcian de Arraskaeta 32-ci dəqiqədə özünün və komandasının 2-ci qolunu vurub.
***
Qətərdə keçirilən dünya çempionatında Qana və Uruqvay yığmaları arasında H qrupunun III tur oyununda hesab açılıb.
26-cı dəqiqədə fərqlənən Corcian de Arraskaeta Cənubi Amerika təmsilçisini önə keçirib.
***
Qətərdə keçirilən dünya çempionatında Qana və Uruqvay yığmaları arasında H qrupunun III tur oyunu başlayıb.
Qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da başlayıb.
***
Qətərdə keçirilən dünya çempionatının H qrupunun III turunda üz-üzə gələcək Qana və Uruqvay yığmalarının start heyətləri açıqlanıb.
Komandalar meydana aşağıdakı "11-liklər"lə çıxacaq:
Qana: 1. Laurens Atiziqi, 21. Salis Abdulsamed, 18. Daniel Amarte. 10. Andre Ayu, 9. Cordan Ayu, 17. Baba Rahman, 20. Mohammed Kudus, 5. Tomas Parte, 4. Mohammed Salisu, 26. Seidu Alidu, 19. İnaki Uillyams
Uruqvay: 23. Serxio Roçet, 6. Rodriqo Bentankur, 19. Sebastyan Koates, 10. Corcian de Arraskaeta, 2. Xose Mariya Ximenes, 13. Gilyermo Varela, 11. Darvin Nunyes, 16. Matias Oliveyra, 8. Fakundo Pellistri, 9. Luis Suares, 15. Federiko Valverde
Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.