19 Yanvar 2023 15:30
753
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının “Neftçi” klubu Antalyadakı təlim-məşq toplanışı çərçivəsində bu gün sonuncu yoxlama oyununa çıxacaq.

Teleqraf.com xəbər verir ki, komanda “Srvena Zvezda” (Serbiya) ilə üz-üzə gələcək. Görüş Bakı vaxtı ilə saat 18:00-da start götürəcək.

“Neftçi” bundan əvvəlki yoxlama matçlarında Macarıstanın “Vaşaş” (1:1) və Polşanın “Medz Leqnisa” (1:2) klubları ilə qarşılaşıb.

Komanda yanvarın 2-də Vətənə qayıdacaq.


Müəllif: Teleqraf.com